İfaçılar Nüşabə Ələsgərli və Nadir Qafarzadə arasında qalmaqal davam edir. Xəbərçi.az bildirir ki, Nüşabə Ələsgərlinin "Qızımın hələ ərə gedən yaşı deyil" fikri N. Qafarzadənin xoşuna gəlməyib. N. Qafarzadə özü 5\5 verilişində etiraf edib ki, oğlunu evləndirmək üçün N. Ələsgərlinin fikrini alıb və cavab "yox " olub.
Bu fikirlərdən sonra N. Ələsgərlinin elçilik üçün qapısına getmədiyini deyən N.Qafarzadə Xəbərrçi.az-a fikirlərini belə izah edib:
"Nadir heç kimin qapısına elçi getməyib! Sonrasına qalsa, hələ Nadir oğul evləndirmir və oğlu da evlənmək fikrində deyil! Nadirin gəlini olmaq çoxlarının arzusu ola bilər, amma gör arzuları yerinə yetəcəkmi ... Boş-boş danışmaq sizə qalacaq! Nadirin ailəsi siz düşündüyünüz ailələrdən deyil, çox fərqli, sözün əsl mənasında nümunəvi Azərbaycan ailəsdidir. Rahat olun!".