Müğənni Manaf Ağayev ARB TV-nin "Məşhurla bir gün" proqramına qonaq olub.
Xəbərçi.az məlumat verir ki, müğənni proqramda bu sözləri deyib: "Oxuya bilməyənlər baha gedir, meydan oxuyur. İndi məni məcbur edirsən bunları deyirəm. Mənə deyirlər ki, filankəs qaşını alıb, üzünü dartdırıb. Deyirəm ki, o onun öz həyatıdı. O, rahatdı. Mən geyinə bilmərəm. Çünki o mənə aid deyil, o rahatdısa onun həyatıdı. Mən rayonun ucqar kəndində böyümüşəm, kənd uşağıyam. Bunlar mənə yaddır. Avropada yaşasaydım bəlkə də mən də elə olardım."
Daha sonra oğlundan söz açan sənətçi, onun geyimindən danışıb: "Oğlum mənim lağ elədiyim şeyləri geyinir. Gördüm ki, rahatdır, ətrafı belədir. Amma ləzzət onda alıram ki, bədənində kişi qanı axır, kişi kimi danışır. Amma incə-mincə danışsa cinsini də, başını da kəsərəm. Sadəcə moddur. Xarakter isə Manafdır”.