Müğənni Elariz Məmmədoğlu bir müddət əvvəl yayılan intim görüntülərindən danışıb.
Xəbərçi.az axşam.az-a istinadən məlumat verir ki, sənətçi "Lider maqazin”ə açıqlamasında bildirib ki, bu görüntülər onu narahat etmir: "Artıq ailəm də buna öyrəşdi. Heç bir reaksiya vermədilər. Çox sakitəm. 20 il əvvəl belə bir şey olsaydı, evdə qısqanclıq yaranardı. İndi hamı deyir ki, olan şeydir. Kimsə məni özünə düşmən sayır, vaxtaşırı belə şeylər yayırlar. Həmişə toy mövsümü başlamazdən əvvəl belə qara piar başlayır. Yayılır ya səsi batıb, ya toya getmir, ya da onu restoranda xanımla tutdular. Həmkarlarım toyumu azaltmaq üçün edir. Məndən çox toya getmək istəyən mahnı yazdırmalıdır. Onda mənim kimi tələbatlı olacaq. Başqa yolu yoxdur”.