“Mən evə girəndə uşaqlarım öz otaqlarına girirlər. Mən girib onlara salam verməsəm, ordan çıxmazlar. Hətta oğluma pul da verəndə götürmür. Baxıram ki, pul qabında 20 qəpiyi var, mənə qıymır".
Xəbərçi.az axşam.az-a istinadən məlumat verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Xəzər maqazin"ə açıqlamasında deyib. Sənətçi ailəsindən danışıb. O bildirib ki, övladları axsam saat 10-dan gec evə gələ bilməz: "Uşaqlarımdan çox razıyam. Onlar harınlamayıblar, çaşmayıblar. Demişəm ki, 10 tamamdan gec evə gəlmək olmaz. Kişi ancaq işdən gec gələ bilər, avaraçılıqdan yox. Evə geciksələr, bilirlər ki, nə edəcəm".
Şəxsi həyatından danışan Qafarzadə həyat yoldaşı Sevinc xanımla da aralarında dəfələrlə mübahisələr olduğunu söyləyib: "25 il davam edən ailədə söz-söhbət olmaya bilər? O qədər olub ki... Hətta ayrılmağı da düşünmüşük. Oturub danışmışıq ki, yox olmaz, balalarımız var".