Tanınmış türk müğənni Sıla İstanbul Kitab Yarmarkasında “Anlatsam keçərmi?” adlı şeirlər kitabının imza gününü keçirib.
Xəbərçi.az türk saytlarına istinadən məlumat verir ki, saat 13-də başlayan və 15.30-a qədər davam edən tədbirdə uzun növbə yaranıb və heyranlarının çoxu müğənnidən imza ala bilməyib.
Buna görə böyük etiraz başlayıb. Narazı qalanlar fikirlərini belə ifadə ediblər: “Bu, böyük tərbiyəsizlikdir. Saatlardır gözləyirik. Ayıb olsun.”