Müğənni Nadir Qafarzadə həbsdə olan Fədayə Laçına sosial şəbəkə vasitəsilə müraciət edib. Xəbərçi.az bildirir ki, Nadir Qafarzadə Fədayə həbs olunduqdan sonra susan Qoca, yəni Fədayə Laçının sevgilisi Etibar Məmmədov rəhmətə gedəndən sonra, guya həbsdəki ifaçıya dəstək duran müğənnilərə ismarıc ünvanlayıb:
" Fədayə, Qoca rəhmətə getməyənə qədər və danışmayana qədər bir çoxları susurdu. Bilmirəm, nüfuzdan düşmək qorxusu ya Qocanın qorxusu idi?! Hə, indi çoxları dilə gəldi. İnşallah işlərin düzələcək, amma heç kimə bel bağlama. Dünya fani, insanlar isə fərqli. Bundan sonra çalış yıxılma! Allah köməyin olsun!".