Qocanın Fədayə Laçına yazdığı şeir: - "Qoruyar məni öz canı kimi ..."

Qocanın Fədayə Laçına yazdığı şeir: - "Qoruyar məni öz canı kimi ..."

Qocanın şeiriyyata, ədəbiyyata marağı, bağlılığı vardı.

Xəbərçi.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun anası Hacıqabula yas mərasiminə ezam olunmuş müxbirimizlə söhbətində deyib və onun əlyazmalarını göstərib.  

Qocanın anası Svetlana xanım oğlunun sənətə, şeiriyyata marağının, bağlılığının olduğunu bildirib.

 Mərhum avtoritetin şeirlərini təqdim edirik:  

20 Mart 2015 (Hacıqabul)  

Ey canımın can evi sevgilim!

Cahani sərvətim sənsiz bir heçdir

Çəkdirmə bu dərdli könlümə əzabi-cəfanı bəsdir.

Dəvayi-dərman yox könlümə səndən ayrısı, Nə olar gələsən qəlb evimə şəmsdə nur saçsın

Seyr etdikcə gözlərini, qaranlığında mən itirim özümü Alasan əllərinlə canımı, verəsən bülbüli cənnəti

Öpəsən al dodağımdan, içərəm zəhri şərabından

Deyəsən kəlmeyi eşqin şəhadətini

Ölərəm sən yolunda divanə Şəms kimi

Nə karədir xəstə qəlbim ovuna sənsiz

Alar həqiqi talib nəfəsin

Keçərəm eşqin yoluna, verərəm cümlə həyatı yarıma

Qoymaram kimsə toxuna ona

Çəkərəm hər nazını, dözərəm əzabına.  

***  

Sevgilim gələsən bir gün, seyr edim səni kənardan

Doymaram o cahi-cəlallı camalından

Söylərəm qəlb evimin kəlmələrin, alaram əqlini başdan

Toxunub mən sənə verərəm sərvəti dünyanı yenə

Açaram eşqin qapısın salaram qəlb evinə

Vermərəm əğyarə səni qoymaram toxuna sənə bir yad əli

Qoruyaram eşqimizi bu göz bəbəyim kimi...

  ***  

14 aprel 2015 (Hacıqabul)

  Ey mənim həyat dostum!

Necədir hali-fəğanın bilmək istər sevgili cananın

Hüzn ilə boğulan bu canımın dəvasıdır bir kəlmən

Verilən hər sözündür atəş olub süzülən gözlərindən

Ey mənim bəsirətim olan sevgilim!

Görməsə də gözlərim bir kimsələri

Aydınlıq olur cahan görüncə o gözlərini

Bitməz tükənməz oldu bu hicranın

Fəqət xoşdur çəkilən hər cəfan  

***  

Yenə çökür üstümə gecələrin zülməti

Arayıb axtararaq sevgilimin əllərini

Bəlkə tutar əlimdən verər təsəlli bu xəstə aşiqinə

Bəlkə görüb halımı son qoyar bu zülmünə

Amma nə fayda sözlərimdən bizə, ayırır yollar bizi

Verir öz həsrətini, alır qəlbimizi

Yazılıbmış alnımız ayrılıq günlərimiz

Gedəcək olur həsrətdə bzizim öz evimiz.  

27 may 2015 

  Dedilər  

Dedilər getmə, unut məhv edər səni

Baxdı gözlərim o üzlərə, söylədi dilim;

"Onsuz bu həyat məhv edər məni  

Dedilər aldadır, atıb gedər bir gün səni

Dedim vardır onun vicdanı

Nə aldadar, nə atar.

Qoruyar məni öz canı kimi  

Dedilər, vardır cəzası illər boyunca dözməz ürəyin sevgi yoluna

Dedim, getsə də həyatım, solsa da güllərim

Gözlərəm onu ömrüm boyunca  

Dedilər sevgi deyil, cavanlıq həvəsidir, aldatma özünü

Doldu gözüm, dedim şahiddir qəlbimin allahı varsa, bir yalan yanlışım

Atsın cəhənnəm oduna yanım-alışım  

Dedilər, bəs hanı o cani-könüldən gülüşlərin?

Dedim, necə gülsün o gözlər ki, görmür cani könlümün gözlərin?

  Dedilər, bəs hanı o nazi-qəmzən? Hardadır sənin əndazəli yerişlərin, süzülən baxışların?

Dedim, o naz qəmzəni sevgim, əndazəli yerişlərimi eşqim,

Süzülən baxışlarımı isə yaşlı gözlərim əvəz etdi.


loading...