Bred eks arvadı Ancelinanı biabır etdi: - "Kişiyə vaxt ayırmır və ..."

Bred eks arvadı Ancelinanı biabır  etdi: - "Kişiyə vaxt ayırmır və ..."

Hollivud ulduzu Ancelina Colinin yeni eşq yaşadığı ortaya çıxıb.   

Xəbərçi.az xarici KİV-ə istinadənməlumat verir ki, bir müddətdir aktyor Bred Pittin 21 yaşlı həmkarı Ello Pernellə sevgili olduğu müzakirə edilir. Bu dəfə onun keçmiş arvadının sevgi xəbərləri gündəmi zəbt edib.   

Gizli mənbənin verdiyi xəbərə görə, Coli artıq bir neçə aydır adını gizli saxladığı iş adamı ilə görüşür. Onlar hətta evlənməyi planlaşdırırlar. Həmin şəxsi Pitt də tanıyır. O, Ancelinanın münasibətinə hörmətlə yanaşsa da, onların tezliklə ayrılacağını düşünür.   

"Bred düşünür ki, Coli heç vaxt ailədə xoşbəxt olmayacaq. O, əmindir ki, yer üzündə Ancelinanın qarşısına keçəcək kişi yoxdur. O, heç vaxt kompromisə getməyi bacarmır. Yer üzündə Colini xoşbəxt edə biləcək kişi yoxdur. Bütün gününü işinə və övladlarına sərf edir. Heç vaxt kişiyə vaxt ayıra bilmir" deyə, mənbə bildirib.


loading...