ARB telekanalında "Yeməyə nə var" verilişi yayımını dayandırıb. Bu barədə verilişin aparıcısı Günel Ələkbərovaya da məlumat verilib. Xəbərçi.az-a məlumatı layihənin rəhbəri Paşa Abdulla təsdiq edib:
" Sponsorlarla bağlı problem yaşandı, maliyyə problemi ... Ödənişləri çatdıra bilmədik deyə, "Yeməyə nə var" verilişi bağlandı”.
Verilişin aparıcısı ifaçı Günel Ələkbərova isə xəbərlə bağlı xəbərçi.az-a belə açıqlama verib:
" Hələ ki, susuram, bu barədə danışmaq istəmirəm. Çünki mənə konkret söz demirlər. Bir gün içərisində 15 xəbər eşidirəm. Əgər konkret veriliş bağlanıbsa, mənə də deyin bilim. Soruşan zaman da baş redaktor redaktoru, redaktor isə baş redaktoru günahlandırır. Bilmirəm nə baş verir".
Qeyd edək ki, Pişik Günelin "Yeməyə nə var verilişi" şənbə günü saat 10:00-da ARB telekanalında yayımlanırdı. Ancaq bu həftədən verilişin yayımı dayandırılıb və başqa proqramla əvəzlənib.
P.S Xəbərçi.az bir ay bundan əvvəl Pişik Günelin verilişinin bağlanması ilə bağlı xəbər yayımlamışdı. Amma verilişin redaktoru Həmzə Məmmədli xəbəri təkzib etmişdi. Hörmətli oxucularımızın nəzərinə çatdırırıq ki, xəbərçi.az saytından yalnız doğru, təsdiqlənmiş məlumatlar verilir və veriləcək. Bizə inanmağa dəyər !
ƏFRUZƏ AĞAYEVA