Prodüser Təranə Səmədova yenidən aparıcılıq edəcək. Xəbərçi.az bildirir ki, prodüser xanımın “Təranə ilə şənbə səhəri” adlı yeni verilişi ARB telekanalında yayımlanacaq. Xəbəri T. Səmədova özəl olaraq Xəbərçi.az-a təsdiq edib:
“Bəli, ARB telekanalında “Təranə ilə şənbə səhəri" verilişimiz bu həftənin şənbə günündən etibarən yayımlanacaq. Veriliş sırf tamaşaçıların səhərinin əyləncəli və səmərəli keçməsi üçün nəzərdə tutulub. İlk verilişimizdə aparıcı Rövşanə Ağasəfqızı və Türkiyədən Azərbaycana gələn iş adamı, vəkili ilə birgə qonaq olacaq”.
Qeyd edək ki, sözügedən veriliş hər şənbə saat 10:00-da efirə gedəcək.