Fədayə "Qoca" haqda danışıb, ağladı: - "Bizi qara zindanlar ayırırdı" - VİDEO

Fədayə "Qoca" haqda danışıb, ağladı: - "Bizi qara zindanlar ayırırdı" - VİDEO

“Space” telekanalının “Hər gün” verilişi həbs edilən müğənni Fədayə Laçınla bağlı süjet hazırlayıb.

Xəbərçi.az axşam.az-a istinadən bildirir ki, sənətçinin 2015-ci ildə qonaq olduğu “Məhəbbət əhvalatları” verilişində sevgisini etiraf etdiyi görüntülər yayımlanıb.

Məlum olub ki, Fədayə bu gün öldürülən "Qoca” ləqəbli avtoritet Etibar Məmmədovla uzun illərdir sevgili imiş. F.Laçın sevgilisi haqqında bu etirafları edib:

“Bilirsiniz, bizi nə ayırdı? Bizi dəmir barmaqlıqlar ayırdı. O, getdi həbsxanaya, qara zindana düşdü. Biz heç qovuşmadıq. Bir dəfə xəstəxanada yatırdı. Yanına gedib-gəlirdim. Ürəyimdən keçdi ki, yanında qalım, özü də buna icazə verdi. Onda yanında qaldım. Ən xoşbəxt günlərimi onda xəstəxanada yaşadım (ağlayır)”.

Proqramın aparıcısı Mikayıl Gülədinoğlu da məsələ ilə bağlı fikrini bölüşüb:

“2015-ci ildə Fədayə xanım verilişdə ad çəkmədi, amma sevgi tarixcəsini açdı. Böyük bir sevgi yaşadığını söylədi”.

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
 
F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
F.Laçının qaçan məhbuslardan biri, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayənin "Qoca" ilə sevgili olduğu bildirilib.

Ötən gün gecə yarısı “vorzakon”un saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma da baş verib. Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub. E.Məmmədov atışmada yaralanıb və ölüb. 


loading...