Bir müddət öncə mətbuatda mərhum Hüseyn Dəryanın oğlu Cahangirlə müğənni Nadir Qafarzadə arasında qalmaqal yaşanması barədə məlumat verilmişdi. Hətta N. Qafarzadə instagram səhifəsində də bu barədə məlumat vermişdi. Xəbərçi.az bildirir ki, toy məclislərinin birində Nadir Qafarzadə ilə Hüseyn Dəryanın xanımı və oğlu Cahangir üz-üzə gəlib. Təsadüfən baş verən bu görüş zamanı Nadir Qafarzadə Hüseyn Dəryanın yadigarı ilə qucaqlaşıb, öpüşüb, görüşüb. Müğənni centilmenlik nümayiş edib hətta H. Dəryanın xanımı Sona ilə də salamlaşıb və əlindən öpüb. Buzları əridən məşhurların barışması barədə Sona xanım Xəbərçi.az-a açıqlama verib:
"Ötən "Maşın" şouda Kənan MM-ə verilən ərzaqlar var idi, Kənan MM də həmin şeyləri bizə Cahangir üçün gətirmişdi. Səhifəmizdən H. Dəryanın qız fanatı var "screen" edib, N. Qafarzadəyə sosial şəbəkədə yollayıb, yazıb ki, "sox gözünə alçaq inanmırdın bax". Nadir də öz səhifəsində paylaşıb, elə bilmişdi bu yazıları Cahangir yazıb. Sonradan aydınlaşdırdıq. Cahangir əsla elə tərbiyə almayıb ki, özündən böyük kəsə elə söz desin. Mən gecə ilə zəng elədim məsələni həll etdik. Nadir bəyə dedim ki, Cahangir sizə nə yollayıbsa mənə yollayın. O mənə yollayanda gördüm ki, sən demə bu şəkli səhifəmizdən həmin qız götürüb, altına təhqir yazıb və Nadir bəyə yollayıb. Biz Nadir bəyə hörmətlə yanaşırıq, aramızda heç bir problem yoxdu. Nadir Cahangirin atası yaşdadır. O söhbət çıxanda inan Allaha Cahangir o qədər ağladı ki, ana axı mən elə söz deməmişəm. İnsanlar da sosial şəbəkədə yazırdı ki, görünür anası ona yaxşı tərbiyə verməyib. Cahangir heç özündən böyük şəxsə "sən" demir, "siz" deyə müraciət edir. Ondan sonra Nadir bəylə harda qarşılaşsaq salamlaşıb, görüşürük, hər şey də yaxşıdır. Nadir bəy səhnəmizin hörmətli, gözəl səsə malik ifaçılarındandır".
Məsələdən agah olmayanlar üçün isə bir balaca xatırlatma verək. Bunun üçün videonu izləyin:
Əfruzə Ağayeva