Fədayə nəhayət etiraf etdi: - "Bir neçə ildir sevgiliyik"

Fədayə nəhayət etiraf etdi: - "Bir neçə ildir sevgiliyik"

Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) məhkəmədə "Qoca" ləqəbli dustaq Etibar Məmmədovla sevgili olduğunu etiraf edib.

Xəbərçi.az reporta isitadən bildirir ki, ötən gün Nəsimi Rayon Məhkəməsində, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda müğənni özünü təqsirli bilmədiyini söyləsə də, E.Məmmədovla bir neçə ildir sevgili olduğunu etiraf edib. Fədayə Laçın həmin şəxslə sonuncu dəfə iki ay əvvəl görüşdüyünü bildirib: "Etibarın qatardan qaçacağından xəbərim olmayıb. O, bu barədə mənə məlumat verməyib. Sonuncu dəfə onunla iki ay əvvəl görüşmüşəm".

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Günahı sübuta yetiriləcəyi təqdirdə onu 2 ildən 6 ilədək müdətdə həbs cəzası gözləyir.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təlvil verilib.

Qeyd edək ki, Fədayə Laçın mütəşəkkil dəstənin üzvü kimi "Qoca" ləqəbli dustaq E.Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunur. Müğənni barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə istintaqı zamanı günahı sübuta yetiriləcəyi təqdirdə Fədayə Laçını iki ildən altı ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası gözləyir.


loading...