Tanınmış ifaçı Miri Yusif üçüncü dəfə ata olub. Müğənninin oğlu dünyaya göz açıb. Buna görə həyat yoldaşına təşəkkür edən Miri Yusif Xəbərçi.az-a açıqlamasında bildirib:
" Bəli, üçüncü dəfə ata oldum. Bu gün mənim adgünüm və bu günün ən gözəl hədiyyəsini həyat yoldaşım mənə verdi. Oğlumun adını Mir Cahad qoyduq".
Xatırladaq ki, bu gün 40 yaşını qeyd edən Miri Yusifin Adel adlı bir qızı, Mir Hüseyn adlı bir oğlu da var.