"Əcəb edirəm, kimdənsə icazə almalıyam?!" - RƏQSANƏ QARĞIŞ ETDİ

"Əcəb edirəm, kimdənsə icazə almalıyam?!" - RƏQSANƏ QARĞIŞ ETDİ

"Deyirlər Rəqsanə belə şəkil qoydu, elə şəkil qoydu ... Əcəb edirəm, kimdənsə icazə almalıyam?! Başqasının şəkli olsa, əldən-ayaqdan gedərsiniz. Ürəyim istəyib, şərh yerini bağlamışam.Kimsə başından yekə qələt edib, çaşsa ağzının payını alar. Deyirəm necə mundar insanlarsınız. Rəqsanə ağırlığında daş düşsün başınıza ... Sizin kimilərin nə dediyi beynimə girmir. Şükür mən həyatımı yaşayıram". 

Bu gün açıq-saçıq fotosessiyası ilə gündəmə gələn, sükutu pozan müğənni Rəqsanə İsmayılova bu sözləri deyib. İfaçı iradları ümumiyyətlə qəbul etməyib və pis şərh yazan hər kəsə hədə-qorxu gəlib.

 


loading...