Tolikdən İradəyə: "Bu imamlarımıza rişxənd, ya da ki, məsxərədi?" / FOTO

Tolikdən İradəyə: "Bu imamlarımıza rişxənd, ya da ki, məsxərədi?" / FOTO

“İradə İsakla üç gün əvvəl "Lider” kanalının qarşısında görüşdüm. Dedim ki, verilişdə bəzi müzakirəyə dəvət etmək istəyirəm. Dedi ki, həyat yoldaşım efirə çox çıxmağa qoymur. Münasibətimiz pis deyil. Amma onun paylaşımını anlamadım. Bu, uşaqlıq xatirələridir, yoxsa imamlarımıza rişxənd, ya da ki, məsxərə? Qətl sınmağı dırnaq arasına almaq? Bu görəsən şiyəni məsxərəyə qoymaqdır? Amma sünnilər də imamlarımızı tanıyır və onlara hörmət edir” - bu sözləri prodüser Tolik aparıcı İradə İsaq haqqında deyib. Xəbərçi.az bildirir ki, Tolikin bu sözlərinə səbəb isə aparıcı xanımın dini inancları olub. Belə ki, İradə İsaq "Məhərrəm" ayı ilə bağlı birmənalı qarşılanmayan fikirlər irəli sürüb və heç vaxt qətl günü məscidə getmədiyini açıqlayıb. Əksəriyyət bu fikirləri üçün aparıcı xanımı qınayıb. 

 


loading...