Ötən gün “Xanımlar və cənablar” devizi ilə başlayan “Maşın” realiti şousunun final gecəsi keçirilib. Xəbərçi.az məlumat verir ki, layihənin aparıcısı Murad Dadaşov rəsmi olaraq avtomobili Talıb Talenin qazandığını elan edib.
Finalda Talıbla mübarizə aparan müğənni Xatun Əliyeva əlini avtomobildən çəkərək həmkarının avtomobilə daha çox ehtiyacı olduğunu bildirib: “Düşünürəm ki, məndən çox sənin avtomobilə ehtiyacın var. Özümü sınadım, amma istəsəydim, oynayardım. Bu avtomobillə atanın yanına gedərsən. Avtomobil olandan sonra evlən! Mən getdim, xeyirli olsun”.
Süjetdən sonra avtomobilin açarları Talıb Taleyə təqdim olunub.