“Maşın” şouda avtomobil sahibinə təqdim olundu - VİDEO

“Maşın” şouda avtomobil sahibinə təqdim olundu - VİDEO

Əməkdar artist Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” realiti şousunun qalibi müğənni Talıb Taleyə avtomobil təqdim edilib. Xəbərçi.az-ın məlumatına görə, verilişin bu gün gecə saatlarında efirə gedən buraxılışında müğənniyə avtomobilin açarı verilib.

Xatırladaq ki, finala qalan 3 iştirakçıdan ilk olaraq əlini avtomobildən aparıcı Vüsalə Əlizadə götürüb, ötən gecə isə müğənni Xatun da mübarizəni davam etdirə bilməyib.


loading...