Həyat yoldaşı ilə bağlı haqqında müxtəlif şayiələr yayılan müğənni Damla ürəyindəki hissləri sosial şəbəkədə bölüşüb. Xəbərçi.az bildirir ki, bədbin notlara köklənən müğənni yaşlandığını vurğulayıb: "On ilə yaxın evlilik yaşayan cütlük günün birində yollarını ayırır. Dəfələrcə hər şeyə göz yumub, hər şeyi bağışlayan qadın bir gün tükənir. Gecəni sabahlara qədər onu gözləməkdən içimdəki iztirabları, saçlarımı bəyazlatdım. Hər dəfə onu kiminsə yatağında təsəvvür etdikcə üzüm qırışmağa başladı. Bəli, mən yaşlanmısam. Çox yaşlanmısam. Məni öldürdüyü hər gün biraz daha yaşlanıram. Mən onun əsəriyəm axı".
Qeyd edək ki, Damlanın keçmiş həyat yoldaşı Ceyhun Əliyev "Əbu Bəkr" məscidinin partladılmasında ittiham edilərək həbs olunan şəxslərdən biridir.