Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətində ciddi problemlər yaranıb.
Xeberci.az xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişində meyxanaçının oğlu Kamil bəy telefon vasitəsilə canlı efirə bağlanıb.
O, atasının vəziyyətinin ağır olduğunu dilə gətirib.
Vəziyyəti bir aydır pisləşib. Ayaqları isə artıq iki həftədir tutulub. Özəl xəstəxanalardan birində müalicə etdirdik. Altı gün orada qaldı. Bir az maddi çətinlik çəkdiyimizə görə xəstəxanaya köçürdüyümüz məbləğ yetərli olmadı. Ona görə də müalicəsi yarımçıq qaldı, xəstəxanadan çıxarmalı olduq. Həkimlər deyirlər ki, xəstəxanada müalicəsi daha düzgün gedər, nəinki evdə. Xəstəxanada qalsa, iki aya ayağa qaldıra bilərlər onu. İki aylıq müalicəsi üçün 20-25 min manat lazımdır”.
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Xoşagəlməz hadisədən sonra o, efirlərdən uzaqlaşıb.