“Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verlişində inanılmaz hadisə baş verib.
Xeberci.az xəbər verir ki, sözügedən verilişin qonağı olan Afət Fərmanqızına sürpriz olunub.
Belə ki, “Xəzər” TV-nin binası önünə böyük qırmızı lentlə bəzədilmiş qara rəngdə, qiyməti 240 min dollarlıq “Gelandewagen” markalı avtomobil gətirilib və müğənniyə hədiyyə olunub.
Verilişin aparıcısı Tarix Əliyevlə digər qonaq müğənni Manaf Ağayev A.Fərmanqızının qoluna girərək avtomobilin yanına aparıblar. Afət gözlərini açar-açmaz gördüyü hədiyyədən heyrətlənib. Tolik isə avtomobilin ona hədiyyə olunduğunu dilə gətirib.
Qeyd edək ki, müğənni son günlər İmaddəddin Nəsiminin “Məndə sığar ikən cahan...” mətləli qəzəlinə oxuduğu “Pəncü-şeş” mahnısı ilə gündəmə gəlib.