Dünya TV-nin efirində yayımlanan "Mənim dünyam" verilişində mentalitetə xas olmayan rüsvayçı görüntülər yayımlanıb.
Xeberci.az baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə etiraza səbəb olan görüntülərdə verilişə qonaq qismində gələn idmançı digər qonağı - Aygün adlı rəqqasəni qucağına alaraq "biceps" əzələsi üçün məşqi nümayiş etdirir.
Aparıcının məşqdən sonra idmançının qucağından düşən rəqqasə ilə biabırçı dialoqunu təqdim edirik:
- Aygün xanım, yeriniz necə idi? Rahat idiniz?
- Qıpqırmızı oldum...
- Əsas odur, rahat idiz?
- Xoşuma gəldi.
- O zaman davam etdirərik...