Boşanan müğənnimizin keçmiş xanımı onu biabır etdi: - " Daha danışma, danışdıqca batırsan"

Boşanan müğənnimizin keçmiş xanımı onu biabır etdi: - " Daha danışma, danışdıqca batırsan"

Ötən gün "APA TV”-nin "Show time” verilişində boşandığını deyən müğənni Rəvan Qarayevə ikinci həyat yoldaşı Günay Rəhimovadan cavab gəlib. Xəbərçi.az  lent.az-a istinadən bildirir ki, ifaçının veriliş zamanı söylədiyi fikirlər keçmiş xanımının qəzəbinə tuş gəlib. O, sosial şəbəkədə R.Qarayevin videosunun altına bu sözləri yazıb: "Sən evə gec gəlmirdin. Sən heç evin yolunu tapırdın ki? Özünü güldürmə. Sənə yazığım gəlir. Allah sənə kömək olsun. Çünki öz fikrin yoxdur, vicdansız insanların qurbanı oldun. Əsl kişi ailəsinə, qızına sahib çıxar, daha özünə kolleksiya düzəltməz".

G.Rəhimova R.Qarayevin 3-cü dəfə evlənmək istəməməsinə də şərh verib: "Sən Allah 3-cü dəfə də evlən. Atanla, anan onun da beynini yesin. Rəvan, öz danışdığına özün inanırsan. Deyir ki, qızlarım üçün yayaşıram... Daha danışma, danışdıqca batırsan”.

Qeyd edək ki, R.Qarayev ötən gün "Show time” verilişində şəxsi həyatı barədə danışarkən boşandığını, hazırda subay olduğunu demişdi: "Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11 mən evdə oluram. Çünki çox gəzən ayağa daş dəyər. Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”. 


loading...