Tolik efirə Ermənistan gerbi ilə çıxıb? - Prodüserdən iddialara cavab

Tolik efirə Ermənistan gerbi ilə çıxıb? - Prodüserdən iddialara cavab

Məşhur prodüser Tarix Əliyevin (Tolik) "Hər şey daxil"in efirinə geyindiyi paltarla bağlı verilişinin tamaşaçıları ilginc iddialar irəli sürüblər.

Xeberci.az xəbər verir ki, prodüserin qara rəngli "cempel"inin üstündəki gerbin Ermənistana məxsus olduğunu iddia edən tamaşaçılar, Tolikin verilişdən sözügedən görüntülərini Milli.Az-ın redaksiyasına göndəriblər

Məsələ ilə bağlı Toliklə əlaqə saxlayıb, iddialara cavab almaq qərarına gəldik.

Aparıcı-prodüser tamaşaçıların iddialarını əsassız adlandırıb:

"Ay qardaş, "Zara"da satırlar. Köynəyə yaxından baxsınlar, görün onun gerblə əlaqəsi var ya yox! Mən bunu Gənclikdən almışam. Mənə nə var orada haranın gerbi var. Tamaşaçılar nə deyirlər, deyirlər mən erməniyəm? Mən heç bir mövqe bildirməyəcəm. O gerbə baxın, bir də mənim köynəyimin üstündəki gerbə. Bunu "Zara" satır. İllərdir Azərbaycanda fəaliyyət göstərir. Bu, "Zara" markasıdır. Mənə nə aidiyyatı var onun üstündə nə var nə yox. Mən bunu Ermənistandan almamışam ki, deyələr Ermənistanındır, ya da bunu mənə kimsə verməyib. Bu "Zara"nın satdığı köynəkdir, alıb geyinmişəm. Heç fikir də verməmişəm, ehtiyac da görmürəm fikir verməyə. İstəyir üstündə Mozambikin gerbi olsun, mən nə bilim. O gerbin altında sünbüldür, tərəzidir. Bu bir, ikincisi, gerbdə şirdi, mənimkinin üstündə pələngdir. Qanadı yoxdur, orada qanad da var. Bu birində qartaldır, məndə qartal deyil. Bu "Zara"nın satdığı köynəkdir. Mənim satdığım köynək deyil ki!".

Tolik sonra sözlərini təsdiq etmək üçün paltarı aldığı mağazanın loqosu əks olunan fotosunu göndərib:


loading...