Gənc aktrisanın ehtiraslı görüntüləri rekord qırır

Gənc aktrisanın ehtiraslı görüntüləri rekord qırır

Aktrisa Rəhimə Qüdrətova yeni fotosessiya etdirib. 

Xeberci.az-ın məlumatına görə, polis şerifi obrazını canlandıran aktrisa cəsarətli görüntüləri ilə diqqət çəkib. 

R. Qüdrətovanın fotosessiya zamanı çəkilən kadrarxası görüntüləri 150 mindən çox baxış sayı toplayıb. 


Fotosessiyasını eksklüziv olaraq BAKU.WS-ə təqdim edən aktrisa bunları deyib: 

"Sevdiyim bir obraz oldu. Nə vaxtsa filmdə də bu obrazı canlandırmaq istərdim. Mənə çox xoş təsir bağışladı". 

Xatırladaq ki, R. Qüdrətova hazırda Xəzər TV-də yayımlanan "Ay yay yay" serialında Nuray obrazını canlandırır. 

Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən Rəhimə Qüdrətova Xalq artisti Firəngiz Mütəllimovanın yetirməsidir. 

Hüseyn Məmmədsalahov
BAKU.WS 

 




loading...