“Maşın" şoudan çıxan iştirakçıya "Bentley" hədiyyə olundu

“Maşın" şoudan çıxan iştirakçıya "Bentley" hədiyyə olundu

"Maşın" şouda iştirak edən aktyor İlkin Misgərliyə avtomobil hədiyyə olunub. Xəbərçi.az məlumat verir ki, aktyora bahalı avtomobil hədiyyə edilib. Avtomobili aktyora şounun daimi tamaşaçılarından biri verib. Məsələ ilə bağlı aktyorla əlaqə saxladıq, o xəbəri nə təsdiq, nə də təkzib etdi:   "Bu haqda danışmaq istəmirəm. Hər kəs axşamı gözləsin, Murad Dadaşov hər şeyi özü açıqlayacaq.”

  Qeyd edək ki,  İlkin Misgərli şouda səs toplaya bilməyərək oyundan uzaqlaşıb.


loading...