"Paranoyadır, ömründə bilməyəcək "ponyatka" nə olan şeydir" - Ülviyyə Xanlarovanı BİABIR ETDİ

"Paranoyadır, ömründə bilməyəcək "ponyatka" nə olan şeydir" - Ülviyyə Xanlarovanı BİABIR ETDİ

Xəbərçi.az tanınmış jurnalist, “Maşın” şounun ən maraqlı iştirakçılarından olan, daha çox şou ərzində açıqsözlülüyü ilə yadda qalan Ülviyyə Alovlu ilə müsahibə edib:

- Bir video yayıldı. Mehriban Xanlarovanı qınayırsan ki, niyə efirdə niyə Talıbın otağına getməyimi dediniz. Qız uşağı mövzusu ... M. Xanlarova da orada qəzəblənir, qışqırır. Nə düşünürsən?

- Mehriban Xanlarovadır da... Mən anladım ki, o xanımın psixoloji problemləri var. Mehriban Xanlarova paranoyadır. Normal adam bir sözü 40 dəfə deməz. O, gündüz məndən soruşmuşdu ki, dünən efirdən sonra mənim arxamca danışmısan? Təbii ki, küçədə danışası deyildim ki... Otaqlarımız üzbəüz idi. Girdim Talıbın otağına danışdım, çıxdım. Bunu şişirdib mənə qarşı istifadə eləmək istəyirdi ki, guya bizim nəsə başqa planımız var. Amma əslində efirdən çox pis görünürdü. Yəni, insanın bir qanacağı, qabiliyyəti olar, bilər efirdən nəyi danışır, nəyi danışmır. Hər şeyin öz yeri var. Mehriban xanım bu həddi-hüdudu bilmədiyi üçün bunu efirdə dedi. Ona görə də mən reklam arası çox pis oldum, ağladım. Bu gedən kadrlar reklam arası olan söhbətlərdir. Mən orada onu utandırmağa çalışdım ki, ayıbdır. Elə şeylər var ki, efirə getməməlidir. Utanmırsız, camaat bunu yoza bilər. Amma o, problemli adamdır. O, ömründə bilməyəcək ki, “ponyatka” nə olan şeydir. O gün Raufu statyalarla pərt eləməyə çalışan qadın, dünən Raufa guya gənclərə dəstək olduğu ilə bağlı minnət edib, yalvarırdı. Yəni, özünüz anlayın ki, bu qadının başında nə problemlər var. Başqa heç nə deyə bilməyəcəm.

- Kimin qalib olmasn istərdin?

- Qalib olmağına gəlincə isə, orada dürüst oynayan və sakitcə qıraqda dayanan bir adam var, o da Xatundur. Xatun da arada yorulmuşdu, getmək istəyirdi. O zaman da oyuna bu intiriqaları saldılar. Xatunun qalibiyyəti məncə ən düzgün, ən halal qalibiyyət olar. Qalan heç kim orada dürüst oyun oynamır. Xose ola bilərdi, amma o da gah nala vurdu, gah da mıxa ... Özü də bilirdi ki, belə olacaq, yenə də oynadı, Raufu da qabağa atdı.

- İlkin səni zəif bilib, səni səsverməyə çıxartdı ?

- lkin Misgərliyə gəlincə, mən onu dəyərləndirmək istəməzdim. Əvvəlcədən deyim ki, heç kimi qınamıram. Çünki hər kəsin oyun strategiyası var. Bunun da strategiyası budur. Yəni, kimsə cığallıqla oynamaq istəyirsə, bu da onun öz xislətinə, öz ruhuna bağlı məsələdir. Özü bilər!
Onlar cığaldırsa, mən də onlarla cığallıqla oynaya bilməzdim. Çünki bu dünyada hər kəs öz əməllərinə görə cavab verəcək. Oyun da onlardan biridir. Bütün həyat oyundur. Kimsə cığallıqla oynayır, kimsə dürüstlüklə. Bir maşına görə mən o qədər əyilə bilməzdim, alçala bilməzdim. Mən söz vermişdim və sözümün üstündə durmalıydım. Bunu İlkin Misgərli qansa da, qanmasa da. Bilirdi ki, mən ona qarşı oynaya bilməyəcəm. Bunu bilə-bilə oynamaq istədi, mən də oynamadım. İndi özü bilər, öz oyununu qalibiyyət hesab eləyər, məğlubiyyət hesab eləyər. Sonra özü öz vicdanı ilə üz-üzə qalanda danışar.

- Bəs oyun ərzində göz yaşlarını saxlaya bilməməyin tamaşaçı tərəfindən birmənalı qarşılanmadı...

- İlkin Misgərli mənimlə oynamaq istəyəndə, mən ona qarşı çıxmadım. Amma oyunun sonunda dözə bilmədim, qəhərləndim. Bəzi tamaşaçılar bunu elə yozdu ki, guya mən uduzduğum üçün ağladım. Amma mən oynamırdım ki, uduzam. Mən bilirsiniz nəyə görə ağladım?! Ona görə ki, mən baxdım və o insanların halına acıdım. Ürəyim ağrıdı.  Onların halına ağladım, öz halıma yox. Öz-özümə düşündüm ki, yaxşı, bu dünyada maşını qazandınız, bəs o dünyada bunun sorğu sualına necə cavab verəcəksiniz?!
Mənim ürəyim ağrıdı ki, insanlar niyə bu günə qalıblar. Bu qədər yalan danışmaq, bu qədər şər atmaq olarmı?! Hətta şou ərzində Murad Dadaşovu belə mənə qarşı qoymağa çalışanlar oldu. Məni iftira ilə basdırmaq istəyirdilər. Sağ olsun Murad Dadaşov və onun dürüstlüyü ki, o, orada məni təmizə çıxartdı. Utandım yerə girdim ki, mən bu neçə gündə belə adamlarla birgə çörək yemişəm və mən bu insanlarla bir ölkədə, bir şəhərdə yaşayıram. Ona görə ağladım, başqa heç nəyə görə yox!

- Ancaq əksəriyyət deyirdi ki, Ülviyyə artistlik edir ...

 - Mənim ağlamağımı artistlik kimi qəbul eləyənlər, iki gün dalbadal ağlayıb, özlərinə səs yığdılar. Mən amma onlar qədər əksilmədim, alçalmadım, heç kəsə də yalvarmadım. Necə dimdik gəlmişdimsə, eləcə də dimdik getdim.

- İnstagramda sən izləyirəm, Raufa dəstək olmuşdun. Niyə?

- Raufa dəstək oldum ona görə ki, Rauf ilk dəfə təhriklərin qurbanı olmuşdu. Mən Mehriban Xanlarovanı o dueldən xilas eləsəm də, Raufu xilas edə bilmədim. İkinci dəfə ora çıxmağını istəmirdim. Özünə də demişdim ki, sən ikinci dəfə ora çıxsan, Mehriban adı çəksən, səs yığmayacaqsan. Çünki tamaşaçıların etimadını doğrultmadın. O, başqa bir adamın adını çəkib oynasaydı səs də yığardı, oyununu da tutuzdurardı. Buna görə ona ürəyim ağrıdı ki, o, qurban gedəcək və elə də oldu. Çünki Rauf orada dürüst oyun aparanlardan biri idi və həqiqətən də maraqlı oyunçu idi.
 

 


loading...