İlkinlə Kənan arasında dava - "Səni şapalanmaqdan qorumuşam..."

İlkinlə Kənan arasında dava - "Səni şapalanmaqdan qorumuşam..."

Rejissor Kənan M.M-lə aparıcı İlkin Həsəni arasında qalmaqal yaşanıb. 

Xedberci.az axşam.az-a istinadən məlumatına görə, tərəflər sosial şəbəkədə bir-birinin ünvanına tənqidi fikirlər yazıblar. Hər şey sosial şəbəkədə Xətai Əli adlı şəxs tərəfindən yazılan "Şükür Allaha, Kənan M.M. bu il də uğurların Türkiyədə davam etdirəcək. Bizi burada heç bir təhlükə gözləmir" statusdan sonra başlayıb. 

Kənan ona "Sizi Fəlakətlər, bozbaşlar gözləyir, hələ görəcəkli günləriniz qabaqdadır" cavabını verib. 

İlkin də onun sözlərinə biganə qalmayıb və "Bayaq gördüm ki, Xətai status yazıb, baxdım gördüm nə? 2014-cü ildə ilk filmimizin içinə şey eliyən, nədi onun adı, öz imzasını atan Kənan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm Xətai məni qabaqlayıb. Kənan yaxşı oğlandır, İnşallah, tezliklə yaxşı rejissor da olar" sözlərini rejissora ünvanlayıb.

Kənan isə İlkinə rəy yazaraq Türkiyədə etdiyi işləri xatırladıb:

“Savaşçı”da Xocalı səhnəsini paylaşmayanlara bunu paylaşmaq yaraşar. Fox TV Azərbaycan fanatı deyil, Amerika kanalıdır. Onlar üçün Xocalı, Qarabağ və Azərbaycan dərdi maraqlı deyil. Əgər bu problemləri orada göstərirlərsə, bunun bir səbəbi var. İlkin Həsəni, nə sənin, nə də ətrafının başları üçün deyil ki, mənə şapalaq kimi cavab versin. Dəfələrlə sənin “razborka”larında mən səni şapalaqlanmaqdan qorumuşam. Uğuruma sevinib təbrik yazmayan insanların iradları mənə maraqlı deyil. Bizim fərqimiz çoxdur, həm oğlan, həm sənətçi, həm də insan kimi... Gedin, vicdanınızı qucaqlayıb yatın”.

İlkinlə Kənan arasında söz davası daha da böyüyb, rejissor qarşı tərəfə söyüş yazmağa başlayıb. İlkin isə onu "blok" etdiyini bildirib. Və onu "Bombaltı" adlı yeni filmlərini izləməyə çağıracağını bildirib:

"Bu mart Kənan MM-ə rejissorluq və aktyorluq "master-klass"ı keçəcək bir iş gəlir. Ciddi deyirəm, dəvətnamə göndərəcəm, gəlsin baxsın".

 

 


loading...