Xalq artisti Məleykə Əsədova mərhum ata-anasının məzarını ziyarət edib.
Xəbərçi.az bildirir ki, məşhur aktrisa qəbirstanlıqda çəkilən fotolarını şəxsi instagram hesabında yayımlayaraq hər kəsi vaxtında valideynlərin qədrini bilməyə səsləyib:
"Bu gün atam və anamın ruhları üçün Quran oxutdurdum. Onlarla çoxlu söhbət etdim. Çox istəyirəm ki, ruhları şad olsun. Valideynlər sağ ikən qiymətlərini bilin. İnsan ata-anasını bir dəqiqə görmək üçün nələr edərdi. Allah ata, analara can sağlığı versin. Dünyasını dəyişənlərə də rəhmət eləsin".