Dilarə də “Maşın”dan getdi

Dilarə də “Maşın”dan getdi

Ötən gün "Maşın" realiti şousunda repçi Ramil Nabrandan sonra müğənni Dilarə Kazımova da oyunu tərk edib.

Xeberci.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb sənətçinin əlini bilməyərəkdən avtomobil üzərindən götürməsi olub.

O, səsvermədə uduzan R.Nabranla görüşərkən qayda pozuntusuna yol verib. Bunun fərqinə varan proqramın heyəti aparıcı Murad Dadaşova bu barədə məlumat verib. Şoumen həmin kadrları bir daha göstərərək Dilarənin əlini maşından götürdüyünü qeyd edib.

Müğənni ötən gün şounu tərk edən ikinci iştirakçı kimi "Maşın"la vidalaşıb.


loading...