""Ürəyim, kuklam" deyə-deyə arxamca danışırdı" - Pərvindən Ayselə SƏRT SÖZLƏR

""Ürəyim, kuklam" deyə-deyə arxamca danışırdı" - Pərvindən Ayselə SƏRT SÖZLƏR

Aktrisa Pərvin Abıyeva ilə aparıcı Aysel Nazim arasında qalmaqal yenidən alovlanıb.

Xeberchi.az-a xəbər verir ki, Pərvin Ayseli onun dalıyca danışmaqda ittiham edib. O bildirib ki, rəfiqəsi Nərgiz Əliyeva ilə hazırda küsülü olduğu Aysel Nazimlə münasibətinə heç vaxt təsir göstərmək fikrində olmayıb:

"Mən Naraya təsir göstərsəydim, Nara onun üzünə belə baxmazdı. Hələ o adını çəkmək istəmədiyim qərar versin hansı işə qulluq edir, sənəti nədir, sonra danışarıq. Mən onun qədər bekar deyiləm haqqında təxribatlar hazırlayım. Bezmədi də haqqımda müsahibələr verməkdən. Bir dəfə görmədim ki, zəng eləsin desin ki, səninlə dərdim budur. Ömür boyu qorxaq kimi yalnız jurnalistlərə danışır. Bu xanımcıq hələ yaxın olan, üzümə gülən vaxtlarından "ürəyim, kuklam" deyə-deyə dalımca dnışmağa başlayıb. Təhsilimlə məşğulam, işi, mənsəbi bəlli olmayanlara ayıracaq vaxtım yoxdur. 

Qeyd edək ki, şoudan uzaqlaşdırılan Aysel Nazim həmkarı Nərgiz Əliyeva ilə münasibətlərinə belə aydınlıq gətirmişdi:

"Bəzi qıraqda-bucaqda qalmış, istedadı olmayan insanlar Nərgizə təsir edib, mənə qarşı yönləndirmək istəsələr də, alınmadı".


loading...