Xəbər verdiyimiz kimi, “Maşın” realiti şounun qalibi müğənni Talıb Tale olub. Xəbərçi.az bildirir ki, ötən gün verilişdə ifaçı barədə yayımlanan süjetdən sonra onun Aşıq Ələsgərin kötükcəsi olduğu məlum olub.
“Talıb Aşıq Ələsgərin kötükçəsidir. Tale ləqəbini universitetdə oxuyarkən, ona Anar Nağılbaz verib”, - deyə ifaçının atası Ələsgər Ələsgərov söyləyib.
Talıb Talenin atası ilə ögey anasının Göygöldə yaşadığı köhnə, təmirsiz ev tamaşaçı diqqətindən yayınmayıb.