"Əvvəl "Lider"də veriliş aparırdı. Dəfələrlə dəvət etdi, gedə bilmədim. Sonra "Xəzər"ə keçdi, məni çağırdı. Bu ərəfədə qalmaqallar var idi deyə, gedə bilmədim. Beləcə aramızda soyuqluq yaranmışdı".
Xeberci.az-ın məlumatına görə, bu sözləri müğənni Xatun Əliyeva "Zaurla Günaydın" proqramında deyib. O, prodüser Tarix Əliyevlə (Tolik) aralarında yaşanan küsülülükdən danışıb:
"Sonra hava limanında Toliklə görüşdük və hər şeyi danışdıq. Məəttələm ki, insanlar mənimlə dava edən kimi gedib Tolikə şikayət edirlər. Məni Toliklə qorxudurlar. Adamyeyəndi? Hər şeyin düzünü deyən adamdır"