"Heydər baba, məni Azərbaycan xalqının peşəkar musiqisinə gətirdiyinizə görə sizə ömrümün sonuna qədər borcluyam".
Xeberci.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova ulu öndər Heydər Əliyevin əziz xatirəsini anarkən deyib. O, H.Əliyevin sayəsində yüzlərlə tələbənin musiqi təhsili aldığını vurğulayaraq dahi şəxsiyyətə rəhmət diləyib:
"Ömrüm boyu demişəm və həmişə də deyəcəyəm. Heydər baba, dahi ustadlarımdan aldığım dərslərə, mənə musiqi dünyasının bütün açılmaz qapılarını üzümə açdığınıza, məni Azərbaycan xalqının peşəkar musiqisinə gətirdiyinizə görə sizə ömrümün sonuna qədər borcluyam. Ən azı, təhsil aldığım Bülbül adına orta ixtisas musiqi məktəbi, sonra Musiqi Akademiyası və İncəsənət Universitetində məhz sizin sayənizdə yüzdən çox tələbə təhsil aldı. Bu gün o insanların hamısı musiqi sahələrində çalışmasa belə sayənizdə ali təhsil sahibləridir. Mən çox arzu edirəm ki, bütün vəzifədə olanlar bu missiyanı davam etdirsinlər. Təhsil vermək savabdır. Heydər baba, qoy bu etdiyiniz savablar əməl dəftərinizə yazılsın. Allah sizə rəhmət eləsin!".