Özcan 4 il eşq yaşadığı Fahriye ilə şəklini paylaşdı - "Qiyamət qopacaq"

Özcan 4 il eşq yaşadığı Fahriye ilə şəklini paylaşdı - "Qiyamət qopacaq"

Aktyor Özcan Dəniz Burak Özçivitlə evli olan və ondan uşaq gözləyən aktrisa Fahriye Evcenlə rol aldığı filmdən bir foto paylaşıb.

Xeberci.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizin hesabında yerləşdirdiyi həmin şəkil sosial mediaya bomba kimi düşüb.

Belə ki, keçmişdə Fahriye ilə 4 illik eşq yaşayan Özcanın bu paylaşımı hər kəsi çaş-baş edib. Sosial şəbəkə istifadəçiləri şəklin altına "Qiyamət qopacaq", "O ev yandı, kül oldu, amma yenə də özün bilərsən", "İkiniz də evlisiniz, niyə belə paylaşım edirsən" kimi şərhlər yazılıb.

Qeyd edək ki, Özcanla Fahriye 2012-ci ildə "Evim Sensin" adlı filmdə baş rolda oynayıblar. Ekran işi təqdim edildikdən sonra 4 ilə qədər sevgili olan cütlük münasibətinə də son qoyub.

Xatırladaq ki, Evcen Burakla ailəlidir və ondan hamilədir. Dəniz isə bu ilin martında Feyza Aktanla nikah kəsdirib və onlrın bir qızı var.









loading...