Əməkdar artist Elza Seyidcahanla müğənni Kərim Abbasov arasındakı qalmaqal daha da böyüyüb.
Xeberci.az-ın məlumatına görə, Seyidcahan Kərimin "Elza məni döydürməklə hədələyir" sözlərinə cavab verib. "Hər şey daxil" verilişinə zəng edən Elza ifaçının ona şər atdığını bildirib:
"Elza öz işindədir. Təsadüfi insanların bu cür hərəkətləri çox olacaq. Bu, şər, böhtandır. Buna görə də cavab verəcəklər. Nə ixtiyarla mənim şəkillərimi öz səhifəsində paylaşırlar. Sərbəstlik ola bilər, amma bu dərəcədə yox. Buna son qoyacam. Belə söhbətlər mənim nə xasiyyətimə, nə tərbiyəmə yaraşır. Sənətə bununla gəlməmişəm. Belə bir söhbət qətiyyən olmayıb. Necə deyir ki, iki müğənni olub, onlar da cavab verəcəklər. Mənim işim yoxdur zəng edim ona? Vaxtım olsa, ailəmlə keçirərəm. Sənətdə adı olmayanlara cavab vermək istəmirəm".
Qeyd edək ki, Seyidcahan Damlanı tənqid etmiş, Kərim isə onu qınamışdı. Daha sonra E.Seyidcahan Kərimlə eyni verilişə qatılmaqdan imtina edib. İfaçılar arasında dava bundan sonra daha da böyüyb.