"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimlinin hər dəfə yayımladığı fotolar səs-küy yaradıb.
Xeberci.az-ın məlumatına görə, müğənni hər dəfə yarıçılpaq halda obyektiv qarşısına keçib. Səmra İnstaqramda paylaşdığı fotolarda şərh bölməsini də bağlamır.
Amma bu dəfə Səmra fotoya yazdığı şərhlə gündəmə gəlib. Onun şəklinə qeyd etdiyi "Niyə axmaq insanlar məni güldürürlər? Böyük-böyük omba. Nə edirsən böyük ombanı, silkələ getsin" sözlər sosial şəbəkədə səhifələrdə müzakirələrə səbəb olub. Onun fotosundan çox, sözləri tənqid edilib.