Tolik Rəqsanənin acgözlüyünü tənqid etdi: - "5 saatın qiyməti 1 milyon ..."

Tolik Rəqsanənin acgözlüyünü tənqid etdi: - "5 saatın qiyməti 1 milyon ..."

Müğənni Rəqsanə İsmayılova da prodüser Tolikin qəzəbinə tuş gəlib. Xəbərçi.az məlumat verir ki, görməmiş ifaçıları tənqid edən prodüser onları maariflənməyə və sənətlə daha çox gündəmdə qalmağa çağırıb. Tolik Rəqsanə İsmayılovanın tez-tez İnstagramda "Ayaqqabılarım gəldi", "Saatlarım çox gözəldi" və s. bu kimi paylaşımlarına biganə qalmayıb. Prodüser "Hər şey daxil" verilişindən tənqidi fikirlərini söyləyib: 

 "Düzdür Rəqsanə dostumuzdur. Amma birdə görürsən ki, 5 saatın şəklini çəkir, İnstaqramda paylaşıb yazır ki, "saatlarım gəldi". Girib baxıram, araşdırıb görürəm ki, 5 saatın qiyməti bir yerdə 1 milyondan artıq pul eləyir. Rəqsanə o saatların qiymətindən xəbərsiz, məlumatsız olduğu üçün paylaşır. Onlar əsl ola bilməz, indi təzə şey çıxıb "A klass" deyirlər, yəni saxta, əsl brendin özü olmayan ... Nəysə, demək istəyirəm ki, bu cür şeylər insanları qıcıqlandırır. Çünki elə ailə var ki, onun bir aylıq məvacibi heç 500 manat eləmir".

 

 

 


loading...