Xalq artisti Rasim Balayev "CVN TV"nin qonağı olub.
Xeberci.az-ın məlumatına görə, aktyor əməkdar artist Elza Seyidcahanın şeir yazmasını qınayıb:
"Elza Seyidcahan şeir yazır. Buna bir deyən yoxdur ki, işinlə məşğul ol, sən şair deyilsən. Televiziyanın rəhbəri, verilişin rejissoru yoxdur? Niyə demir ki, bacım, qızım, gəlinim bu şeirlər efirlik deyil.
Çıxım ağzıma gələni danışım? Olmaz axı, bu efirdir. Sən bu efirlə hər evə girirsən. Zövqlər korlanıb".
R.Balayev bildirib ki, efirləri izləmir:
"Mənə həkim qadağan edib. Sağlamlığımın xətrinə futbollara, bəzi ağıllı verilişlərə, “Məclisi üns”ə baxıram. Sonra Moskvada nostalji filmləri izləyirəm. Ordan nəsə götürürəm. Tam adam olmur. 70-80 olsun. Peyğəmbərimiz də deyib ki, insan anadan olandan qəbrə qədər öyrənməlidir. O adam ki, deyir mən hər şeyi bilirəm, deməli o bitib.