Toliklə Zaur arasında GƏRGİNLİK - Canlı yayımda RÜSVAY ETDİ

Toliklə Zaur arasında GƏRGİNLİK - Canlı yayımda RÜSVAY ETDİ

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) proqramında Xəzər telekanalının digər aparıcısı Zaur Kamalı qeyri-peşəkarlıqda ittiham edib.

Xeberci.az xəbər verir ki, təxminən 10 gün öncə Zaur verilişində qonağı olan Şəbnəmə verdiyi suala görə Tolikin qəzəbinə tuş gəlib.

Tolik canlı yayımda Zaurla bağlı qalmaqallı açıqlama verib:

"Bu yaxınlarda Zaur "5/5"in verilişində... Əslində, məncə, peşəkar aparıcı bu sualı verməzdi. Mən özümü aparıcı saymasam da, bir prodüser kimi Zaurda bu nöqsanı gördüm. Şəbnəm Tovuzluya sual verdi ki, "Kimləri indi daha populyar hesab edirsən?" Şəbnəm adlar sadaladı - "Mən getdiyim məclislərdə Damlanı, Üzeyiri, Talıb Talehi, Pərviz Bülbüləni, Türkanı və özümü". Mən amma buradan prodüser kimi deyirəm ki, 16 ildir prodüserəm. Mən idarə etdiyim, təşkil etdiyim toylarda onlarla bir dəfə də olsun bir yerə düşməmişəm. Niyəsini deyim sizə: Mən Eltonla işlədiyim bu 5 ildə 500 toy təşkil etmişəm. Mən heç birində onlardan heç birini görməmişəm. Bu gün Brillinat xanım, Aygün Kazımova, Röya, Eyyub Yaqubov, Tünzalə xanım olduğu yerlərdə də mən sizi görməmişəm. Ona görə də bir az bu sualı verəndə nəzərə almaq lazımdır ki, hər bir müğənninin və onun çevrəsində olan müğənnilərin öz tamaşaçısı, öz dinləyicisi var".


loading...