Azərbaycanlı aparıcıdan şok müsahibə - " İstərdim ki, evli kişi məni sevsin"

Azərbaycanlı aparıcıdan şok müsahibə - " İstərdim ki, evli kişi məni sevsin"

Lider maqazin" verilişinin aparıcısı Türkan Heydərova müsahibə verib. - Niyə bəzi qadın müğənnilərə "ailə dağıdan" deyillər? - Od olmayan yerdən tüstü çıxmaz. Amma bu sözü mənim haqqımda deməyiblər. Çünki bu günə qədər kiminsə ailəsini dağıtmamışam. - Bəs evli kişi ilə münasibət quran qadınlara münasibətiniz? - Məncə, günah xanımda yox, evli kişidədir. - Evli bir kişi sizi sevsə, münasibətiniz nə olar? - Baxır evli kişiyə... Əgər bir insan ailəsinin boğazından çörəyi kəsib mənə gətirirsə, bu mənə lazım deyil. Amma əgər bir evli kişinin xanımı İspaniyada dincəlirsə və o kişi hər tərəfli ikimizə də vaxt ayıra bilirsə, razı olaram. Çox istəyərdim ki, belə bir evli kişi məni sevsin. - Nikahdan kənar övlad dünyaya gətirərsiz? - Bu sualı mənə 5 il sonra versəz, razı olaram. Amma indi yox. Uşaq qanunla olmalıdır. Özüm atasız böyüdüyümə görə övladımın da atasız olmasını istəmirəm. 40 yaşından sonra görsəm ki, uşağım yoxdur, bu yola əl ataram. - Atasızlığı hiss etdinizmi? - Atam dünyasını dəyişib. Uşaqlar var ki, atalı-analı evdə böyüyürlər, amma evlərində hər gün dava və maddi problemlər olur. Onlar da psixoloji problemlə böyüyürlər. Amma məndə əksinə olub. Atasız böyüsəm də anam, nənəm, babam mənə maddi sıxıntı yaşatmayıblar. Atasızlığı indi-indi hiss edirəm. Hansısa oğlan məni almaq istəyən zaman ailəsi deyir ki, atasız qız almaram. Ailə qurmağıma təsir edib. - Elçi düşənlər olub? - Bu günə qədər mənə elçi gələn olmayıb. Özümə də çox maraqlı gəlir. Bəzən xasiyyətimə və görünüşümə görə deyirlər ki, əsl alınası qızsan.


loading...