Azər keçmiş xanımı haqda - "Vüsalə mənə maraqlı deyil" FOTO

Azər keçmiş xanımı haqda - "Vüsalə mənə maraqlı deyil" FOTO

Aparıcı Azər Zahid "İnstagram" səhifəsində bir xanımla foto paylaşaraq, keçmiş həyat yoldaşı Vüsalə Əlizadə haqda şərh yazıb. 

Xeberci.az-ın məlumatına görə, o, əvvəlcə şərh bölməsini bağlayıb, sonra isə açaraq bu sözləri yazıb: "Bilirsiniz kommenti niyə bağladım? Çünki bu şəkli bir test üçün qoydum. Düzdür, Türkiyədə seriala çəkildiyim zaman mənim həmkar qız tərəfdaşımdır, bu ayrıca. Bu şəkli qoydum ki, sizdən hər dəfə nəsə paylaşanda münasibətinizi bilmək üçün deyirəm, zəhmət olmasa, şərh yazın, hansı ki, reklamlardan başqa heç kim nəsə yazmır. Amma bu şəkli qoyan kimi o saat Vüsalə belə getdi, Vüsalə elə gəldi. Ay insanlar, anlayın ki, o insanın öz həyatı, mənim öz həyatım. Bizi bir-birimizə salam-sağ ol etməyə məcbur edən övladımızdır. O ki qaldı keçmişə, onu basdırmışam, mənə təzə həyat maraqlıdır. Qısqandırırsan, nə bilim, acıq verirsən, mənə maraqlı deyil o və ya qeyrisi. Mənə maraqlı olan mənə maraqlıdır, onu da bəzi düşüncəsizlərdən məsləhət almıram. Bir sözlə, elə etməyin ki, mən nəsə onun haqda yazım, sabah isə desin mənim adımdan reklam edirsən. Əl çəkin, mənə maraqlı deyil O və ya nə. Öpürəm. Vüsalə adını mənim səhifəmdə yazan izləyicini bloka atacam. Əl çəkin də, bala. Lazımdır sizə, onun səhifəsində yazın, mənim haqqımda da yazmayın".

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub və bu nikahı da uğursuz olub.


loading...