Ailə qumaq fikrim yox idi. Fəxrəddinlə görüşə getdim, onun gözəl tərbiyyəsi var. Gəldim evdə dedim ki, fikirləşərəm. O da gedib evdə deyib ki, fikirləşim".
Xeberci.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam deyib. “Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan “Böyük dəyişim” adlı sənədli film bu dəfə ifaçıya həsr edilib.
Xatirə ailəsindən, həyat yoldaşı Fəxrəddin bəydən danışıb: "İlk vaxtlar yola getmirdik. Soyuducunun qapısını örtmədi, filan şeyi yerinə qoymadı deyib, sözümüz düşürdü. İndi görürəm ki, bütün xasiyyətimiz eynidi. Fəxrəddindən əvvəl tanıdığım dostlarım indi onunla dostluq edirlər.
Mən sevməyib ailə qurmuşam. Amma imdi övladımdan da birinci mənim üçün həyat yoldaşımdır. Toydan sonra məni qısqanmadı, bezdirmədi, filan yerə getmək olmaz, kim idi mesaj yazan demədi. Fikirləşdim ki, görəsən mən bunun bu xasiyyətinə nə ilə cavab verim?". Xatirə övladı Emilin doğulmasından söz açıb: "Kinolarda görürdüm uşaq olanda ana ağlayır. Amna nə qədər etdim ağlaya bilmədim. Üç gündən sonra analıq hissi gəldi. Övladım xəstələndi, xəstəxanada oturdum yerdə. Əlimdə dua kitabı var idi, səhərə qədər dua oxudum. Məşhur olduğumu belə unutdum. Bu gün yoldaşım desə, oxuma oxumayacam. 50 yaşından sonra ümumiyyətlə toylara getməyəcəm. 50 yaşında necə toy oxuyum? İndi çox yorğunam, istəyirəm tez gəlsin həmin yaşım". İfaçının həyat yoldaşı isə onla bağlı "Mən hər şeyə əsəbiləşirəm. Bir qaşıq yerində olmasın, onu söz edəcəm. İndi Xatirə bilir ki, nəyə əsəbiləşərəm və onları etmir. Onu ilk dəfə efirdə bir proqramda gizli kamera ilə çəkmişdilər, orda görmüşdüm" sözlərini deyib.