"Narkotik istifadə etmişəm" - Eltondan etiraf

"Narkotik istifadə etmişəm" - Eltondan etiraf

"ATV maqazin onlarla" verilişinin "Onunla 3 dəqiqə" rubrikasının qonağı müğənni Elton Hüseynəliyev olub. 

Xeberci.az-ın məlumatına görə, sənətçi bir çox etiraflar edib. O, hətta narkotik maddədən istifadə etdiyini söyləyib. 

Elton aparıcı Ruslan Ağayevin "Narkotikdən istifadə etmisiz? Məşhur xanımla sevgili olmusuz? Neçə dəfə xəyanət etmisiz" suallarına belə cavab verib:

"Bir dəfə xəyanət etmişəm. Məşhur qadınla sevgili olmamışam. Uşaqlıq arzum futbolçu olmaqdır. Narkotikdən cavanlıqda istifadə etmişəm, indi yox".

Elton yeni mənzil aldığını da söyləyib:

"Nəğd almışam. Neçə ildir kreditdən istifadə etmirəm".

Aparıcının suallarına 3 dəqiqədə cavab verməyən Elton uduzub və restoranda ofisiant kimi işləməyə başlayıb.


loading...