"Sənətə gələn çör-çöplər mənə söz atır. Mən yaşıl ağaclara cavab verirəm. Çünki həmişə yaşıllaşıram".
Xeberci.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "Səhər-səhər" verilişində deyib:
"Bu sənətin Qərbi də, Şimalı da, Şərqi də, Cənubu da mənə məxsusdur. İlhamə Quliyeva kimi sənətkar mənə söz dedi, cavabını verdim. O cavab tarixdə qaldı. Hər dəfə onu çıxardırlar. Mən o çör-çöplərlə nə danışım? Çıxıb Elzaya söz atırlar ki, cavab versin, gündəmdə qalsınlar".
Qeyd edək ki, Elza ilə Kərim arasında qalmaqal yaşanıb. Kərimin olduğu verilişə qatılmayan Seyidcahan ifaçının onun səviyyəsində olmadığını bildirib. Kərim isə mərhum xalq artisti İlhamə Quliyevanın Seyidcahanla bağlı verdiyi tənqidi müsahibəni yenidən sosial şəbəkədə yayıb.