Rəqqasə Oksana Rəsulova ilk dəfə həyat yoldaşından danışıb.
Xeberci.az-ın məlumatına görə, sənətçi "Zaurla Günaydın"da deyib ki, əri Türkiyədə yaşayır. Ana olduqdan sonra kökələn Oksana ərinin onu hər halı ilə bəyəndiyini deyib:
"Əsas odur bu halımı o, bəyənir. İstəmir efirdə adı çəkilsin. Türkiyədə yaşayır, azərbaycanlıdır. Bizneslə məşğuldur. Sonuncu dəfə Bakıya 1 ay bundan əvvəl gəlib. Vaxt gələndə hamı onu görəcək".
Qeyd edək ki, Oksananın oğlu dünyaya gəlib. Rəqqasə övladına Osman adını qoyub.