"Eurovision 2011" qalibi Nigar Camal "Zaurla Günaydın" verilişinin qonağı olub.
Xeberci.az-ın məlumatına görə, müğənni ailəsindən danışıb. Londondan yeni qayıdan Nigar bildirib ki, atası əvvəl rəis olub:
"Qızlarım Londonda qalır deyə, mən də Bakıda çox yaşaya bilmirəm. Burada atam, anam və bacı yaşayır. Anam müəllimədir. Atam isə indi pensiyaya çıxıb. Əvvəl Sabunçu rayonunun rəisi olub".