Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalla ayrılması haqda xəbərlər yayılıb.
Xeberci.az xəbər verir ki, Xərçəngdən əziyyət çəkən aktrisa bir neçə ay "Bizimləsən" proqramına qonaq olub və insanlardan ipoteka kreditini ödəmək üçün maddi yardım istəyib. Həmin ərəfədə ərinin Tünzalənin yanında olmaması, onunla bağlı heç bir paylaşım etməməsi onların ayrıldığı ilə bağlı söz-söhbətlər yayıb.
Hətta bir çox sənət adamı Röyalın "Toppuş bacı"ya dəstək olmadığını qınayıb. T.Əliyeva əri ilə sosial şəbəkədə fotosunu paylaşaraq deyilənlərə cavab verib. O, fotoya "Rəbbim açdığın sabaha, bağladığın gecəyə şükür" sözlərini qeyd edib.
Qeyd edək ki, Tünzalə və Röyal cütlüyünün Zəhra adlı övladı var.