"Aparıcılar tərbiyəsizdir..." - Rəhim Rəhimli - VİDEO

"Aparıcılar tərbiyəsizdir..." - Rəhim Rəhimli - VİDEO

"Rəhmətə getmiş bir insan haqda nə danışım? Atam da istəyib musiqiyə gedim. Uzun müddət hərbi sahədə çalışıb. Onu qəhrəman sayıram. Bizim tərbiyəmizlə anam məşğuldur. Atam uzun sürən xəstəlik keçirdi".

Xeberci.az Axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli "Popumuz var" verilişində deyib. Sənətçi heç vaxt ailəsindən danışmamasından söz açıb. 

Mərhum xalq artisti İlhamə Quliyevadan danışan ifaçı hər zaman uğurlu insanlarla dostluq etdiyini bildirib: 

"10 ildən sonra mən indiki kimi şou göstərməyəcəm. Gənclərə yer vermək lazımdır. İlhamə Quliyeva vaxtında "mən-mən" dedi. İlində heç kim olmadı. Elə yaşamalısan ki, çox yaxşılıq edəsən. Çalışdığım kanalda gənclərə üstünlük verirəm".
 
"MTV Azərbaycan"ın rəhbəri olan Rəhim vəzifəyə getdikdən sonra bir çoxlarının ona münasibətinin dəyişdiyini etiraf edib:

"Vəzifəyə gedəndən sonra bəzi sənətçilər mənə "müəllim" deyir. Deməyin. Mənə birtəhər gəlir bu sözlər".

Verilişlərə qatılmamasının səbəbini açıqlayan ifaçı aparıcıları tənqid edib:

"Aparıcılar mədəniyyətsiz, tərbiyəsizdir. Sənətçi ilə davranışı gördüm. Abartılmış halda idi. 6-5 ildir getmirəm verilişlərə. Çünki səhnə o deyil. Rəqqaslarımla gedirəm efirə, şərait yoxdur şou göstərim. Öz cibimdən pul qoyum işıq gətirim?". 

Spirtli içkidən uzaqlaşdığını deyən Rəhimli aparıcı Mətanət Əliverdiyevanın verilişində başına gələn qalmaqallı hadisədən (Mətanət Əliverdiyeva ifaçının üzünə su tökmüş, Rəhim də onu qucağına almışdı - red.) söz açıb:

"Spirtli içki içmirəm. O vaxtlar idi içirdik. İndi hamı efirdə bədənini göstərir, olmaz. O vaxt canlı yayıma məclisdən gəlmişdim. Amma özümü idarə etdim". 

Sənətçi sosial şəbəkədə məşhur olan ifaçıları tənqid edib:

"Bilsəydim konservatoriya oxumazdım. İndi telefon zəmanəsidir. "Like" yığırlar, olurlar məşhur. Onlar internet fenomenləridir. Azərbaycan musiqsinin fenomenleri görün kimlərdir. Baxın, açılışlara kimlər gedir. Baxırsan ki, kimlər gəldi, biz niyə oxumuşuq. İndiki fenomenlərdən not soruşsaq, bilirlər?".

 


loading...