"Maşın" 2 finalçı ilə tam sürəti ilə davam edir.
XƏBƏRÇİ.AZ bildirir ki, şou zamanı aparıcı Murad Dadaşov maşın ətrafında dayanma rekordunun Xatirə İslama aid olduğunu vurğulayıb. Roza Zərgərli isə onun sözünə müdaxilə edərək "Xatirə 72 saat dayanıbsa, biz də ondan 20 dəqiqə artıq qalıb rekordu təzələyə bilərik" cümləsini işlədib. Müğənni Xatirə İslamın isə buna cavabı gecikməyib. İnstagram hesabında aşağdakı sözləri qeyd edib:
"Azərbaycanın ən baxımlı şousu və 1 nömrəli şoumeni canım Murad Dadaşov bu dəfəki maşının sürətti möhtəşəm oldu Rozanın oyununu və taktikalarını bəyəndim bir oyunçu kimi. Düzdür hərdən istəmədiyim anlar da oldu sevdiklərim çıxanda amma oyun kimi oyundur da ağzında deyirsən oyun. Qaldıkı mənim əzizim Rozaya sən maşının qalibi ola bilərsən və neçə saat dayanmısan bunu bilmək mənim üçün çox asandır mənim ürəyim. Bildiyimi də demərəm çünki verlişin formatına hörmətsizlik etmiş olaram amma ən əsası özün də bilirsən axı boz kardinalin rekordunu heç kim qıra bilməyəcək bu məsələni unudun birdəfəlik və heç vaxt bu mövzuya girməyin.Maşınınızı götürün gəlin məni də götürün gedək oppalara artıq söhbət lazım deyil çox dərinə getməyin əsas odur ki, QALiBSƏN"